İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin yeni planı DƏHŞƏTƏ GƏTİRİR: "Hətta müttəfiqləri də..."

2062 17.02.2024 14:05 Dünya A A

"Putinin yeni planı təkcə ABŞ və Avropanı deyil, həm də Rusiyanın müttəfiqləri Çin və Hindistanı dəhşətə gətirəcək".

Musavat.com xəbər verir ki, bu iddia ilə nüfuzlu "Daily Mail" nəşri çıxış edib.

Rusiyanın kosmosa yerləşdirmək istədiyi nüvə bombasını "qiyamət silahı" adlandıran nəşr bu bombanın bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını və silahları məhv edə biləcəyini yazır.

"Daily Mail" qeyd edir ki, bu, Yer kürəsində müasir həyatı, demək olar ki, qeyri-mümkün edə bilər:

"Kosmosda müharibə baş verərsə, partladılmış peyklərin hissələrinin Yerə düşmə riski böyükdür və bu hissələr əhalinin sıx məskunlaşdığı ərazilərə düşsə, nəticə dəhşətli olacaq. Rusiya belə bir addım atarsa, hərbi sistemləri kosmik texnologiyaya əsaslanan Hindistan və ya Çin də bunu birbaşa onlara qarşı hücum kimi qəbul edə bilər".

Nəşr yazır ki, kosmosda başlanacaq müharibə “dəlilik”dir və lakin Rusiya prezidenti Putin "qiyamət silahı"nın təhlükə ilə üz-üzə qaldığı zaman əl atacağı  “son və ən yaxşı ümid” olduğuna inanır.

Qeyd edək ki, Rusiya kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırır. ABŞ Kəşfiyyatı bu barədə sənədlər ehtiva edən məxfi məlumatlar əldə edib. Kremlin sözçüsü Dmitri Peskov isə iddianı “uydurma” kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR