İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Putinə daha bir ZƏRBƏ: bu ölkə Rusiyanı "satdı" – ŞOK DETALLAR CANLIda

869 13.01.2025 11:13 Son xəbər A A

Serbiya Moskva ilə silah tədarükü müqavilələrini ləğv edib. Bu qərar beynəlxalq sanksiyaların Rusiyaya təzyiqi artırması və Belqradın alternativ hərbi texnika axtarmağa başlaması ilə bağlı qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç açıqlama verib. "Hazırda Rusiyadan silah tədarükü praktiki olaraq mümkün deyil. Biz diplomatik yollarla yeni vəziyyətdən çıxmağa çalışırıq", - deyə o, bildirib.

Müqavilələrin bəziləri ləğv edilməklə yanaşı digərləri də beynəlxalq münasibətlər normallaşana qədər təxirə salınıb. Belqrad hazırda İsrail, Çin və Qərb ölkələrindən hərbi texnikanın alınmasına diqqət yetirir. Serbiya Fransadan 12 “Rafale” qırıcı təyyarəsinin alınması kimi böyük müqavilələr imzalasa da, İsraillə hərbi əməkdaşlığı da inkişaf etdirir.

Ölkə hərbi neytrallıq siyasətini davam etdirməklə yanaşı, həm də Avropa İttifaqına daxil olmaq üçün səylərini sürətləndirir. Bu səylər Belqradın Qərblə hərbi əlaqələrini dərinləşdirməyə və Rusiyadan uzaqlaşmasına səbəb olur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərik.

https://www.youtube.com/@musavattv


https://www.facebook.com/tvmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR