İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Fransada AzTV-nin əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb- VİDEO

1755 29.06.2023 10:22 Son xəbər A A
 
Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb.

Bəyanatda deyilir:
 
"Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik".
 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR