İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ermənistanda komendant saatı başlayır, ruslar erməni cəsədləri yığır - CANLI

1959 22.09.2023 16:00 Son xəbər A A

Ermənistanda hakimiyyət komendant saatının tətbiqini planlaşdırır. Ermənistanın “Joqovurd” nəşri yazıb. Bildirilib ki, baş nazir Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparıb.

Qeyd olunub ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir.

Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır. Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

“Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi qeyd edib.

“Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik”. Hikmət Hacıyev bildirib ki, getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir. “Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”, - Prezidentin köməkçisi əlavə edib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlu politoloq Oqtay Qasımovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR