İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ermənilər sərhədə canlı qüvvə və hərbi texnikalar YIĞIR – ermənilərin itkiləri ARTDI – “Canlı debat”da

1381 11.05.2023 11:19 Gündəm A A

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Zod istiqamətində gedən döyüşlərdə 4 erməni hərbçisi yaralanıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin isə qənaətbəşdir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR