İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Azərbaycan kəşfiyyatçıları Xankəndinə SIZIB – Separatçılar panikada – CANLI

2265 02.06.2023 10:39 Gündəm A A

Müxtəlif ölkələrdən Xankəndiyə zənglər edilir. Erməni mənbələrinin məlumatına görə, əvvəllər belə zənglər olsa da, son dövrlər daha da intensivləşib.

“Müxtəlif ölkələrə məxsus nömrələrdən edilən zənglərdə ermənilərə yaşayış səviyyələri, problemləri, Laçın postunun qurulmasından sonra yaranmış vəziyyət, siyasi-sosial proseslər haqqında suallar verilir. Qarabağdan getmək haqqında düşünüb-düşünmədikləri, evlərini satıb-satmadıqları ilə bağlı maraqlanırlar”, - Qarabağdakı ermənilərin verdiyi məlumatda belə deyilir.

Bu zənglər separatçıları qorxuya salıb. Onlar iddia edirlər ki, bu zənglər Azərbaycan kəşfiyyatının işidir və rəsmi Bakı müxtəlif yollarla erməni əhalisi ilə təmaslarını intensivləşdirir. Bu vəziyyət erməni əhalisinin Azərbaycana reinteqrasiyası prosesini sürətləndirə, nəticə etibarilə, separatçıların mövcudluğuna daha böyük risklər yarana bilər. Bunun qarşısını almaq üçün separatçılar erməni əhalisinə belə zənglərə cavab verməmək çağırışı edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 10.40-da “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu və AXP sədri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR