İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Avdeyevkada QIRĞIN gedir, Avropa NƏHAYƏT, 50 milyardı ayırdı - CANLI

713 01.02.2024 14:40 Dünya A A

Ukrayna Silahlı Qüvvələri Avdeyevka istiqamətində bir qrup rus hərbçisini məhv edib.

Musavat.com bildirir ki, bu cəbhə xəttində ağır döyüşlər davam etməkdədir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya infrastrukturuna PUA hücumlarının arta biləcəyini deyib. Onun sözlərinə görə, Ukrayna “PUA müharibəsi”ndə öz mövqelərini möhkəmləndirir: "PUA sistemlərində biz az-çox bərabərik."

Bununla yanaşı, Budanov Ukraynanın Rusiya ərazisinə PUA hücumlarında iştirakını rəsmən nə təsdiq, nə də təkzib edərək, “bu cür əməliyyatların tamamilə mümkün olduğunu” deyib:

“Hipotetik olaraq, bütün bunların nəzərdə tutulduğu bir plan var. Hesab edirəm ki, bu plana Rusiya Federasiyasının bütün əsas kritik infrastruktur obyektləri və hərbi infrastruktur obyektləri daxildir”.

Budanovun sözlərinə görə, indi Rusiyanın mülki əhalisi nəhayət ki, “müharibənin əsl mənzərəsini görür”: “Onlar yanan neft anbarlarını, dağılmış fabrik və zavod binalarını görürlər... Bütün bunlar ümumi işin xeyrinədir”.
Avropa İttifaqı liderləri Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılması barədə razılıq əldə edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında bildirib. "Bizim razılaşmamız var. 27 liderin hamısı Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün davamlı, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyəni təmin edəcək Aİ Ukraynaya dəstək məsələsində liderlik və məsuliyyəti öz üzərinə götürür, biz nəyin təhlükədə olduğunu bilirik", - paylaşımında bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə Ukrayna münaqişəsini dəyərləndirir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR