İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Arutyunyandan etiraf: Çarəsizəm, Qarabağı təhvil verməyi TƏLƏB EDİRLƏR – CANLI

2159 23.05.2023 13:20 Gündəm A A

Qarabağdakı qondarma rejimdə fikir ayrılıqları dərinləşib. Bu iddia ilə “Past” qəzeti çıxış edib.

Məlumata görə, Araik Arutyunyan apardığı siyasi konsultasiyalardan sonra Samvel Babayan və digərləri arasındakı narazılığı ortadan qaldıra bilməyib. Üstəlik, Arutyunyan “dövlət naziri”ni dəyişmək fikrində olmadığını və onun “səlahiyyətləri” çərçivəsinə “güc strukturlarını” verməyəcəyini söyləyib:
“Bizdə olan məlumata görə, Arutyunyan fərqli qruplarla görüşü zamanı iki daş arasında çarəsiz qaldığını deyib. O, Paşinyanın təzyiqlərinə məruz qalmasından, eləcə də qondarma rejimin eks-liderlərinin Paşinyanın sponsorluq etdiyi simalara vəzifə verilməsinin dayandırması ilə bağlı onu sıxışdırmalarından şikayətlənib. Keçmiş “prezidentlər” hesab edirlər ki, Paşinyan Qarabağı ermənilərin əli ilə verməyə cəhd edir. Qarabağda isə buna mane olmağa çalışırlar”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyilk. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR