Güney Azərbaycanın sosial media məkanında Təbrizli gənc bir xanımın paylaşdığı videolar geniş maraq doğurub.
Musavat.com xəbər verir ki, sosial media fenomeni kimi tanınan gənc təbrizli mətbəx bacarığını nümayiş etdirməklə yanaşı, Azərbaycan nemətləri əsasında hazırlanan müxtəlif plov növlərini təqdim edir, onları həm tanıdır, həm də təbliğ edir.
Videolarda Güney Azərbaycan mətbəxinə məxsus, unikal və yüksək kalorili plov çeşidləri xüsusi ustalıqla hazırlanır. İstifadə olunan məhsulların hamısı yerli və milli mətbəx ənənələrinə söykənir. Bu isə sadəcə yemək nümayişi deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin, ailə dəyərlərinin və tarixi yaddaşın vizual təqdimatıdır.
Qeyd edək ki, Təbriz təkcə bir şəhər deyil – 50 milyonluq Azərbaycan türklərinin mənəvi paytaxtıdır. Bu şəhər əsrlər boyu Azərbaycan dilinin, mədəniyyətinin, mətbəxinin və milli kimliyinin əsas daşıyıcı mərkəzlərindən biri olub. Bu baxımdan Təbrizli gəncin hazırladığı və paylaşdığı plov videoları həm də Güney Azərbaycanın milli-mənəvi irsinin təbliği kimi qiymətləndirilir.
Gözəl görüntülər və maraqlı təqdimat Musavat.com-un oxucularına təqdim olunur:
Musavat.com






