İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz məhkəməsinin qərarı, soydaşlarımıza qarşı etnik zəmində yanaşma- Çıxış yolu nədir?  

380 01.06.2023 13:11 Region A A

“Təbriz məhkəməsinin qərarı vətəndaşın konstitusion hüququnun pozulmasıdır. Bu, həm də vətəndaşa təzyiqdir”.

Bunu Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Ç.Qənizadə dünya təcrübəsinə diqqət çəkərək qeyd edib ki, sivil, demokratik ölkələrdə bu kimi hallar qəbuledilməzdir: “İrandakı molla rejimi demokratiyadan çox uzaqdır, hətta farsları əsarətdə saxlayır. Türk soydaşlarımıza qarşı qeyri-qanuni, milli və etnik zəmində yanaşma qəbuledilən deyil. Hesab edirəm ki, soydaşlarımız bu cür hallara qarşı dirəniş göstərməlidirlər. Ötən ildən başlayan iğtişaşlar hələ də davam edir. Bu rejimin sonu yoxdur. Ümid edirəm ki, İrandakı digər xalqlar kimi, soydaşlarımız da bir gün hüquq və azadlıqlarını bərpa edəcəklər. Sözügedən faktı hüquq müdafiəçiləri dünya ictimaiyyətinə çatdıra bilərlər”.

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Qeyd edək ki, Təbriz məhkəməsi Volkan adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilməsinə icazə verməyib. Səbəb kimi adın “yabançı” olduğu göstərilib. İran Azərbaycanında yaşayan bir çox türk ailələri övladlarına türk adlarının qoyulmasına qadağa qoyulmasından xəbərsiz olaraq, Qeyydiyyat idarəsinə müraciət edir və orada bu adda şəxsiyyət vəsiqəsinin verilməsinin qeyri-mümkün olduğu barədə məlumat alırlar. Bu idarənin əməkdaşları valideynlərə seçdikləri türk adlara oxşar digər farsca və ya hətta digər əcnəbi adlar təklif edir və onların fikrini dəyişdirməyə cəhd edirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR