İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarkanın pulsuz konsertini izləmək üçün eyvanların qiyməti açıqlandı...100-500 dollar

1181 07.09.2022 00:29 Şou-biznes A A

Türkiyəli meqastar Tarkanın sentyabrın 9-da İzmirin Gündoğdu meydanında baş tutacaq pulsuz konserti üçün yaxınlıqdakı evlərin eyvanı satışa çıxarılıb. 

Musavat.com xəbər verir ki, bu eyvanların gecəlik qiyməti 100-500 dollar arasında dəyişir. Həmin ərazidə fəaliyyət göstərən əmlakçılar isə Tarkan konsertini izləmək üçün eyvanları kirayələmək istəyənlərin saysız-hesabsız olduğunu bildiriblər, onlar telefonlarının susmadığını deyiblər.

Bütün balıqçı qayıqlarının da həmin gün üçün kirayəyə verildiyi bildirilir. Axşam 7-dən gecə 12-yə qədər müddətə kirayə verilən qayıqların qiyməti isə təxminən 800 manatdır (8000 TL).

Qeyd edək ki, İzmirin düşmən işğalından azad edilməsindən 100 il ötür. Bu səbəbdən Tarkan İzmirin Gündoğdu meydanında xalqa açıq pulsuz konsert verəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR