İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış tarzən Asəf Zeynallının məzarının görüntülərini PAYLAŞDI: "Bərbad vəziyyətdədir" FOTO

1257 19.03.2023 11:10 Şou-biznes A A

Azərbaycan milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının məzarı hələ də bərbad vəziyyətdədir.

Musavat.com bildirir ki, bu barədə tanınmış tarzən Humay Qədimova sosial şəbəkədə məlumat yayıb.

Bəstəkarın məzarı başından fotolar paylaşan tarzən qeyd edib:

"Çoxdandır məni narahat edən bir məqam var. Təxminən 3 ay bundan öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacam. Baxımsız vəziyyətdədir. Bir neçə gün öncə yenə də ziyarət etdim. Bu kişi cəmi 23 il ömür yaşadı amma bu balaca ömrə böyük Azərbaycan mədəniyyəti yaratdı".

Humay Qədimova məsələ ilə bağlı aidiyyəti yerlərə müraciət etdiyini bildirib.

"Qeyd edim ki, mən Asəf Zeynallı adına kollecin məzunuyam və 15 ildir həmin kollecin müəlliməsiyəm.
Allah rəhmət etsin! ", deyə tarzən sonda qeyd edib.

Xatırladaq ki, bir neçə il öncə də bəstəkar Asəf Zeynallının məzarının bərbad vəziyyətdə olması ilə bağlı görüntülər yayılmışdı.

Asəf Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycan milli romans, piano və simfonik musiqinin banisi sayılır. Dahi Üzeyir Hacıbəyovun sinfini bitirmiş A.Zeynallı Tofiq Quliyev və Qara Qarayev kimi bəstəkarlara dərs keçib.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR