İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış şirkətə silahlı hücum: polis əməliyyat keçirdi

594 07.06.2026 14:54 Dünya A A

İstanbulun Maltepe rayonunda “Koç Holdinq”ə məxsus Otokoç Baş Ofisinə səhər saatlarında silahlı hücum edilib.

Musavat.com xəbər verir ki, ilkin məlumata görə, naməlum şəxslər binaya atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.

Hücum nəticəsində binaya çoxsaylı güllələrin dəydiyi müəyyən edilib.

Hadisədən sonra əraziyə polis qrupları cəlb olunub, geniş təhlükəsizlik tədbirləri görülüb və hücum edən şəxslərin tutulması üçün əməliyyat başladılıb.

Şübhəlilərin maskalı olduğu ehtimal edilir. Bu səbəbdən onların kimliyinin hələlik müəyyən edilmədiyi qeyd olunur. Polis kameraların görüntülərini və hadisə yerindəki dəlilləri araşdırır.

Hücumun səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisənin motivi və mümkün bağlantılarla bağlı açıqlama verməyib.

Bəzi media orqanlarında hadisənin “Koç Holdinq”in rəhbəri Rahmi Koç ətrafında son günlər gündəmdə olan müzakirələrlə əlaqəli ola biləcəyi iddia olunur. Lakin bu barədə rəsmi təsdiq yoxdur.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR