İnsanlara hürriyət, millətlərə istiqlal!

54 yaşlı dünya ulduzu bu hərəkəti ilə Türkiyəni "silkələdi" - VİDEO

693 11.07.2026 11:27 Şou-biznes A A

Dünya pop musiqisinin tanınmış ulduzu Riki Martin şəxsi təyyarəsi ilə İstanbula gəlib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, hava limanının çıxışında müğənnini media nümayəndələri və pərəstişkarları qarşılayıb.

Martinin mühafizəçisi görüntü çəkmək istəyən jurnalistlərin yaxınlaşmasının qarşısını almaq üçün sərt şəkildə müdaxilə edərək onların önünü kəsməyə çalışıb. Mühafizəçisinin bu davranışını görən Riki Martin dərhal vəziyyətə müdaxilə edib. Mühafizəçisinin qolundan tutaraq onu sakitləşdirib və geri çəkilməsini istəyib. Daha sonra isə media nümayəndələrinə gülümsəyib.

54 yaşlı dünya ulduzu onu izləyən kameralara və mikrofonlara əl sallayaraq "Merhaba" deyib.

Jurnalistlərin suallarını cavablandıran Martin bildirib:

"Burada olduğum üçün çox xoşbəxtəm. Nəhayət yenidən qayıtdıq. Dəstəyinizə və hər şeyə görə sizə təşəkkür edirəm. Siz möhtəşəmsiniz".

Uşaqları ilə birlikdə Türkiyəyə gələn məşhur ifaçı hava limanındakı səmimi davranışı ilə pərəstişkarlarının rəğbətini bir daha qazanıb.

Qeyd edək ki, bu axşam Riki Martinin İstanbulda konserti baş tutacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR