İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış rejissor göyərçin öldürməkdə ittiham olunur

656 15.01.2023 00:00 Şou-biznes A A

"Armageddon" və "Pearl Harbor" kimi filmlərin rejissoru Maykl Bey göyərçin öldürməkdə ittiham olunur.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, hadisənin 2018-ci ildə "Netflix"in "The Phantom Six" filminin çəkiliş meydançasında baş verdiyi bildirilib.

İtaliya rəsmiləri bildirirlər ki, vəhşi quşlara zərər vermənin qanunsuz olduğu Romada film çəkilişi zamanı araba ilə göyərçin öldürülüb. Prokurorlar iddia edirlər ki, çəkiliş meydançasında olanlardan biri hadisənin şahididir və o, hüquq-mühafizə orqanlarına müraciət üçün hadisəni sübut edən şəkli çəkib.

Nəşrin yazdığına görə, ittiham bir başa "Maykl quşu öldürüb" deyə deyil, rejissor kimi hadisəyə görə məsuliyyət daşıması ilə bağlıdır. Kinorejissor işi bağlamaq üçün bir neçə dəfə cəhd etsə də, lakin prokurorlar ittihamda israr ediblər.

Bildirilib ki, amerikalı rejiisora cüzi cərimə ödəmək imkanı verilsə də, o, məsələdə təqsirli olmadığını deyərək bundan imtina edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR