İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış bloger həyat yoldaşından ayrıldı -FOTO

18241 02.08.2023 12:18 Son xəbər A A
 
Tanınmış bloger Səbinə Orucova və Orhan Ozdok ayrılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə bloger şəxsi instaqram hesabında paylaşım edib.

Səbinə Orucova Orhan Ozdokla münasibətini dost kimi davam etdirəcəklərini bildirib:

"Bu mövzuda ilk və son dəfə yazmaq istəyirəm. Səhifəmi açandan bu günə pis-yaxşı hər anımı sizinlə bölüşmüşəm deyə, haqlı olaraq bəziləriniz məndən açıqlama gözləyirdiniz. Bəli, biz Orhan Ozdokla yollarımızı ayırdıq. 20 yaşımdan tanıdığım insanla 3 illik evliliyimizi rəsmi şəkildə, dost münasibəti çərçivəsində bitirdik. Evliliyimiz boyunca çox şükür bir-birimizə heç bir hörmətsizlik etmədik, amma müəəyyən səbəblərdən ortaq qərarla dost qalmağı seçdik. Bizi işimizlə əlaqədar olaraq, zaman-zaman bir yerdə görə bilərsiniz, hər zaman bir-birimizə dəstək olacağıq”.
 
Qeyd edək ki, tanınmış cütlük 3 ildir ki evli idilər. Övladları yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR