İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovun hər iki oğluna ŞOK qadağa - rəiyyət qapısı - Heydər Oğuzla "Canlı debat"

2211 05.12.2022 13:23 Gündəm A A

Dövlət büdcəsinin mərkəzləşdirilmiş hissəsindən Naxçıvan MR-na ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu anlayış büdcə sistemində ilk dəfə tətbiq edilsə də, mexanizm kimi Dövlət Neft Fondunda (ARDNF) sınaqdan keçirilib. Bundan başqa, nazir deyib ki, Naxçıvanda aparılan istlahatlar hesabına büdcə gəlirlərinin artacağı gözlənilir.

"Əvvəlcədən nə isə demək düzgün olmaz. Bununla bağlı ətraflı məlumat veriləcək", - deyə o əlavə edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ovqat.com saytının rəhbəri Heydər Oğuzla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR