İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “2022-ci ildə ölkəyə 200 000 avtomobil daxil olub”

544 01.02.2023 19:51 Siyasət A A

“2021-ci ildə Azərbaycanda 77 daşıyıcı şirkət olduğu halda ötən il bu rəqəm 208-ə çatıb”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd edib ki, daşıyıcı şirkətlərdəki avtomobillərin sayı 2021-ci ildə 3400-dən 8000-ə yüksəlib.

“Azərbaycan dünyanın 35 ölkəsi ilə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün icazə blanklarının mübadiləsini aparır. 2022-ci ildə ölkəmizə icazə blankları əsasında 200 000 avtomobil daxil olub. Kvotadan kənar sərhəddə icazə blankı almaqla daxil olan avtomobillərin sayı isə 100 minə yaxın olub. Azərbaycan daşıyıcıları bu imtiyazdan istifadə edə bilmirlər. Əksər ölkələr bu təcrübədən imtina edib, nəticədə həmin dövlətlərdə yerli avtodaşıyıcıların rəqabətliliyi xeyli yüksəlib, maliyyə vəziyyətləri yaxşılaşıb, beynəlxalq daşımalarda iştirak edənlərin sayı xeyli artıb” - Tahir Mirkişili bildirib.

Komitə sədri qanun layihəsinə əlavələrdən bəhs edərkən deyib ki, dəyişikliyin maliyyə itkisi dövlət büdcəsi üçün 22 milyon manat olacaq: “10 milyon təhlükəli yüklərə görə alınan vergi, 12 milyon manat isə icazə blankına görə alınan rüsum. Amma inkişafın verəcəyi töhfə bundan dəfələrlə çox olacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR