İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli partiyasının qeydiyyata alınmasından danışdı: “Bəzi iddialar əsassız idi...”

811 11.09.2023 13:20 Siyasət A A

“11 min 800 nəfərlik siyahı təqdim etmişdik. Ədliyyə Nazirliyinin yoxlaması zamanı siyahıda başqa partiyaların üzvləri olan, ölmüş, 18 yaşına çatmamış şəxslər aşkarlandı. Son nəticədə 7580 nəfər imza təqdim etdik”.

Bu fikirləri Musavat.com-a Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, qeydiyyatdan keçən bütün partiyaları təbrik edib:

“Əvvəl 65 partiya var idi, 6-sı YAP-a birləşdi, 31-i fəaliyyətini dayandırdı. Təxminən 20 partiya qeydiyyata alındı. Düşünürəm ki, bu say 27-dən artıq olmayacaq. Əvvəllər 1000 üzvlə qeydiyyatdan keçmək mümkün idisə, indi bu rəqəm 5 min nəfərdir. 6 aydan bir reyestr yoxlanacaq. Eyni zamanda bir sıra Avropa ölkəsində hesablama palataları funksiyasını yerinə yetirən təşkilatlar partiyaların maliyyə fəaliyyəti ilə bağlı yoxlamalar aparırlar. Biz də bu barədə təklif vermişik. Yenidən qeydiyyat prosesi müddətində proporsional seçki, deputatların sayının artırılması, icra orqanları ilə bağlı müəyyən təkliflər səsləndi. Referendumun keçirilib-keçirilməyəcəyi hələ qeyri-müəyyəndir. Yeni parlament seçkilərinə az qalıb. Biz seçkilərə hazırlaşacağıq. Hesab edirəm ki, partiyaların sayının azalması keyfiyyəti yüksəltdi. Təkpartiyalı sistemin yaradılacağı barədə iddialar səslənirdi. Göründüyü kimi, bu iddialar əsassız idi, Müsavat, AXCP, REAL partiyaları qeydiyyata alındı. Ədliyyə Nazirliyinin bütün partiyalara münasibəti eyni olub. Partiyamız əsas istiqamət kimi parlamentdə fəaliyyətini davam etdirəcək. Yaxın günlərdə partiyanın qurultayını keçirəcəyik. Nizamnamə və proqramda dəyişikliklər edəcəyik. 5 illik müddət başa çatdığına görə ali strukturunda da dəyişiklik olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR