İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda həbsdə olan 11 Qırğızıstan vətəndaşı ölkəsinə təhvil verilib

262 10.07.2022 17:40 Region A A

Tacikistanda həbsdə olan 11 qırğızıstanlı vətənlərinə qaytarılıb.

APA xəbər verir ki, bu barədə “Azattık” qəzeti 2021-ci ilin oktyabrından Xucənddəki istintaq təcridxanasında saxlanılan Aidarbek Xaydarova istinadən xəbər verir.

O, mətbuata bildirib ki, onunla birlikdə daha 10 vətəndaş Qırğızıstana təhvil verilib. Onun atası Umarbəy Xaydarov da qəzetə bildirib ki, azad edilmiş qırğızıstanlıların vəziyyəti yaxşıdır.

“Onlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsi yaxınlığında təhvil verilib. 11 nəfər sərbəst buraxılıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri özləri gətirəcəklərini dedikləri üçün ora getmədik”, - deyə o, izah edib.

Xaydarovun atasının sözlərinə görə, azadlığa buraxılanlardan dördü Bişkekə, qalan altı nəfər isə Canı-Cer kəndindəki polis bölməsinə aparılıb.

Qəzet dəqiqləşdirir ki, qırğızıstanlılar əvvəllər sərhədi qanunsuz keçməkdə şübhəli bilinərək saxlanılıblar.

Qırğızıstanın dövlət qurumları hələlik vəziyyəti şərh etməyiblər.

2021-ci ilin aprelində sərhəddə baş vermiş silahlı münaqişədən sonra Qırğızıstan və Tacikistanda qonşu ölkə vətəndaşlarının saxlanması halları tez-tez baş verib. Belə ki, əvvəllər məlum olub ki, 2021-ci ildə Tacikistanda sərhədi qanunsuz keçərkən 39 Qırğızıstan vətəndaşı saxlanılıb və onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR