İnsanlara hürriyət, millətlərə istiqlal!

Susqun qızın faciəsi - Bryanskda məktəbdə baş verən olayın təfərrüatı

967 08.12.2023 12:52 Dünya A A

Rusiyanın Bryansk şəhərindəki 5 saylı gimnaziyada məktəbli qızın sinif yoldaşlarına atəş açması, daha sonra intihar etməsi olayının təfərrüatları məlum olub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, qızın adı Alina olub və o, birinci sinifdən bu məktəbdə oxuyub. Onun əkiz bacısı onunla birlikdə təhsil alıb.

Hadiəs baş verən gün qızın bacısı biologiya dərsinə vaxtında gəlib, lakin Alina bir neçə dəqiqə gecikib. O, dəhlizlə gedərkən direktor müavini onu görüb və qızın əlində böyük bağlama tutduğuna diqqət edib.

Biologiya müəllimi dəftərləri paylayanda Alina sinfə girib, tüfəngi atəşə hazır vəziyyətə gətiərək, amma heç kəsi nişan almadan xaotik şəkildə atəş açıb. Bir neçə oğlan müxtəlif tərəflərə qaçıb. Yıxılanlar kifayət qədər yüngül xəsarətlərlə xilas olublar.

Alinanın sinif rəhbərinin sözlərinə görə, o, çox qapalı qız olub, hətta çox sakit imiş. Qadın onu da bildirib ki, iki ay əvvəl Alina sinifdəki digər qızlarla münaqişə edib.

“Sonra biz valideynlərlə görüş keçirdik. Elə bir səbəb yox idi. Sadəcə olaraq, daha aktiv qızlar daha az aktiv olan Alina ilə ziddiyyət təşkil edirdi. Onlara izah etdim ki, danışmaı, razılaşmağı bacarmaq lazımdır. Bundan sonra normal ünsiyyət qurmağa başladılar”, - deyə müəllim bildirib.

Alinanın səhər ertə ailəsindəki davranışı da məlum olub. O, səhər yeməyi yeməyib, bu da anasını təəccübləndirib. Alinanın anası qızının son iki gündə özündə olmadığını görüb.

“Demək olar ki, danışmırdı, suallara cavab vermirdi. O, ümumiyyətlə, çox susurdu”, - məhkəmədə baxıcı işləyən ana izah edib.

Getməzdən əvvəl Alina anasına yalnız bir söz deyib: "Ağlama". Qadın qızının nə demək istədiyini başa düşməyib. Bir saat keçməmiş bu faciə baş verib.

Eyni zamanda, məktəbdə bu ailə haqqında həmişə rəy olduğunu deyirlər. Alinanın atası pivə zavodunun mühafizə xidmətində işləyir. Qız silahı ondan götürüb.

Xatırladaq ki, dekabrın 7-də Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın 8-ci sinif şagirdi məktəbə odlu silah gəzdirərək atəş açmağa başlayıb, bundan sonra o, intihar edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR