İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada faciə: 6 nəfər öldü FOTO

1731 10.11.2023 00:46 Hadisə A A

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb.

Qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əliləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. (Report)

ELVİN.jpg (36 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR