İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir, Azərbaycan himni səsləndirildi - CANLI YAYIM, VİDEO FOTO YENİLƏNDİ

9485 12.12.2022 15:03 Gündəm A A

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Musavat.com-un əraziyə ezam olunmuş əməkdaşının məlumatına görə, aksiya iştirakçıları Azərbaycan himnini səsləndiriblər.

****

Bir qrup azərbaycanlı jurnalist və QHT nümayəndələri Şuşa-Laçın yolunda, sülhməramlıların post qurduğu yerdə aksiya keçrib. 

Bu barədə Musavat.com hadisə yerində olan əməkdaşımız Elşad Məmmədli xəbər verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsində məqqsəd Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların himayəsinə sığınmış ermənilərin ölkəmizə ekoloji problem yaratması, ayrıca sülhməramlıların Azərbaycan vətəndaşlarının Laçın rayonunda sərbəst hərəkətləriinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının monitorinq aparmalarına mane olmasıdır.

Əməkdaşımız xəbər verir ki, sülhməramlılar aksiya iştirakçılarının qarşısını kəsiblər, mübahisə yaranıb. Aksiya iştirakçıları tələblər yazılmış transparantlar qaldırıblar, şüarlar səsləndiriblər. Əsas tələblər "Qarabağda ekoloji terrora, qızıl mədənlərinin qanunsuz istismarına son qoyulsun"dur.

 

Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR