İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücünü döyən məmurla bağlı YENİ XƏBƏR: "Yalandır..." YENİLƏNİB

11449 26.04.2022 16:30 Gündəm A A

"Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".

***

Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

APA xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

***

Ötən gün Bakının Yasamal rayonunda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.

Məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.

Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.//qaynarinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR