İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülər arasında yol vermək üstündə dava: Bir nəfər döyüldü - ANBAAN VİDEO

993 01.06.2023 18:12 Hadisə A A

Bakıda parkinqdən çıxarkən iki sürücü arasında yaranan mübahisə sonradan dava ilə nəticələnib.

Hadisə Bakı Dəniz Vağzalının qarşısında baş verib.

BAKU.WS-in redaksiyasına müraciət edən Baxşəliyev Bəşir 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Onun sözlərinə görə, arxadan gələn "Mercedes" markalı avtomobilə yol versə də sürücüsü onu təqib edib. Sonda avtomobili qarşıda saxlayarkən sürücü ilə yanaşı 3 nəfər B. Baxşəliyevə hücum çəkib.

İnsidentdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR