İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada İŞİD-ə qarşı döyüşən “Cundul Şam” üzvü Bakıda mühakimə olunur

686 02.03.2023 22:00 Kriminal A A

 Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti(DTX)tərəfindən həbs edilən Bəxtiyar Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Bəxtiyar Şıxıyev 2013-cü ildə həyat yoldaşı, qaynı və qayınanası ilə birlikdə Suriyaya gedib. Orada “Cundul Şam” adlı qrupa qoşulub.

Musavat.com xəbər verir ki, o, məhkəmədə deyib ki, asma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib, qayınanası isə ərə gedib. Özü və həyat yoldaşı isə Suriyada doğulan övladını da götürüb, Türkiyəyə gəliblər. Bir müddət sonra həyat yoldaşı oradan da Azərbaycana qayıdıb və burada evə basqına görə həbs olunub. Özü də 9 il Türkiyədə yaşayandan sonra 2022-ci ildə Azərbaycana qayıdıb və vaxtı ilə Suriyada silahlı qruplaşmalara qoşulmağa görə həbs edilib. Həm ata, həm də ana həbsdə olduğundan, onların 8 yaşlı oğlu babasının himayəsindədir.

33 yaşlı Bəxtiyar Şıxıyev 2022-ci ilin mayında həbs olunub. Ona CM-in n 283-1.3 (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə yaradılan qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak) maddəsilə ittiham verilib. Bəxtiyar Şıxıyevin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Suriyada xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silahlardan istifadə qaydalarını öyrənib, “Cundul Şam” adlı dəstənin tərkibində iştirak edib.

Məhkəmədə ifadə verən Bəxtiyar Şıxıyev deyib ki, Cəbrayıl rayonundandır, 2013-cü ildə Elxan adlı tanışı vasitəsi ilə Suriyaya gedib:

“Deyirdi ki, “burada müsəlmanlara əziyyət verirlər, onları xilas etməliyik”. Mənim saflığımdan istifadə edib Suriyaya apardılar. Əvvəl İstanbula, sonra Qaziantepə, oradan Suriyaya getdik. Demişdilər ki, təlim keçəcəklər. Dekabr idi, hava şəraitinə görə keçmədik”.

Bəxtiyar Şıxıyevin sözlərinə görə, o, “İraq Şam İslam Dövləti”-nə(İŞİD) qoşulmayıb, əksinə, ona qarşı döyüşən “Cundul Şam”ın tərkibində olub. Deyir ki, özü heç vaxt döyüşməyib. Orada azərbaycanlıların çox olduğunu vurğulayan təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Türkiyəyə qayıdıb.

“Ora gedəndən sonra gördüm ki, vəziyyət deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma bir-birini öldürür. Türkiyəyə qayıdandan sonra 2 il 7 ay həbsdə yatdım. Ümumilikdə 9 il Türkiyədə yaşadım. Azərbaycana qayıtmağa qorxurdum. Valideynlərim qocalırdı, fikirləşdim ki, nə olursa olsun, gəldim, 20-25 gün sonra DTX-dan çağırdılar...”, - Bəxtiyar Şıxıyev ifadəsində bildirib.

Onun ittiham olunduğu CM-in 283-1.3 maddəsində 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR