İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Surenyants: “Paşinyan iqtidarı 44 günlük savaşın günahkarlarını tapıb”

545 07.12.2023 15:39 Dünya A A

 

“44 günlük müharibənin şəraitini araşdırmaq üzrə Komissiyanın hesabatı hələ hazır deyil, lakin onun üzvü Qaqik Melkonyan artıq məğlubiyyətdə “günahkar” olanları müəyyən edib”.

Bunlar ordu, kəşfiyyat və rus silahlarıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Surenyants Telegram kanalında yazıb.

“Onsuz da bu bəyanat çoxdan proqnozlaşdırılmışdı. Paşinyan artıq “günahkarları” “təyin edib”, Andranik Köçəryan və digərləri sadəcə notariusun “möhürü”dür”, - deyə Surenyants qeyd edib.

Qeyd edək ki, Ermənistanda II Qarabağ savaşının nəticələrinin araşdırılması üzrə  parlament komissiyası müharibədən təxminən il yarım sonra qurulub. Onun işində ancaq hakim partiyadan olan deputatlar yer alıb. Müxalifət komissiyanın iclaslarını əvvəldən boykot edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR