İnsanlara hürriyət, millətlərə istiqlal!

“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz” - SİYAVUŞ NOVRUZOV

652 13.06.2023 12:20 Son xəbər A A

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Rəşad Mahmudov illərdir müzakirəsini gözləyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin nəhayət, müzakirəyə çıxarılmasını təklif edib.

Musavat.com xəbər verir ki, ailələr var ki, övlad həsrətindədirlər və bu qanunun qəbulu onların taleyini dəyişir.

Komitə sədri Siyavuş Novruzov isə çıxışında həmkarının təklifinə fərqli mövqedən yanaşıb.

O qeyd edib ki, süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz: "Allah qismət eləməyibsə, Allahın əleyhinə getmək olmaz. Mən 5 il Dini komitənin sədri olduğum dövrdə bu qanunun qəbulunun əleyhinə olmuşam. İndi də bu məsələnin gündəmə gətirilməsini doğru saymıram. Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir. Amma bizə yaraşmaz”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR