İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilənin məhkəməsi başlayır

493 23.05.2023 14:41 Kriminal A A

Sumqayıt şəhərində qətl törətməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report"un xəbərinə görə, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü M.Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib.

M.Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Xatırladaq ki, qətlə yetirilən M.Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR