İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb

715 31.10.2022 10:15 Hadisə A A

Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb.

"Report"un məlumatına görə, hadisə oktyabrın 26-sı saat 18:30 radələrində Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən zavodların birinin qarşısında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rzalı Toğrul Şahin oğlu idarə etdiyi "Audi A3" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın dərəyə aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. Oktyabrın 30-da Toğrul Rzalı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR