İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda baş verən dəhşətli yanğında 1 nəfər xəsarət alıb

726 13.06.2023 14:45 Son xəbər A A

Xəbər verdiyimiz kimi, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

“SOCAR Downstream Management” MMC-dən verilən məlumatda bildirilib ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

Bildirilib ki, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub:

“Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb”.

Rəsmi məlumata görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR