İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi Əliyevin bu ssenarisi əsasında imzalanacaq: İrəvanı qorxuya salan nədir?

992 23.01.2024 11:04 Siyasət A A

“Ermənistan hakimiyyəti süni şəkildə sülh prosesinə yeni nəfəs verməyə çalışır”.

Bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində baş nazir Nikol Paşinyanın İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə bağlı son açıqlamalarını şərh edən siyasi strateq Vigen Akopyan deyib.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri yanvarın 20-də hakim “Mülki Müqavilə” partiyasının üzvləri qarşısında çıxış edərkən bildirib ki, Ermənistan və Azərbaycan bir-birindən ərazi iddialarının olmaması ilə bağlı əlavə təminatlar gözləyirlər.

Siyasi strateq qeyd edib ki, Ermənistanın indiki hakimiyyəti heç vaxt Azərbaycana ərazi iddiası ilə çıxış etməyib.

“Ermənistanın Azərbaycana hər hansı ərazi iddiası irəli sürdüyünü və ya Ermənistanın Azərbaycandan onun ərazi bütövlüyünün tanınması üçün təminat tələb etdiyini xatırlamıram. Praqada imzalanmış sənəddən başqa, əslində, İlham Əliyev bu barədə heç yerdə danışmır. Bu arada Ermənistan hər fürsətdə kvadrat kilometr göstərərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir”.

Akopyan hesab edir ki, hakimiyyət, xüsusən də baş nazir Nikol Paşinyan yeni təşəbbüslərlə çıxış edir, bununla da Ermənistan-Azərbaycan sülh dialoquna yeni təkan verməyə çalışır, lakin bu prosesin uğursuzluq ərəfəsində olduğu göz qabağındadır.

Ekspertin fikrincə, Paşinyanın silahlara qarşılıqlı nəzarət təklifi sülh prosesinin məntiqindən kənara çıxır və bu mənada Azərbaycan tərəfinin ciddi reaksiyası çətin ki, olsun.

“Sonda fakt budur ki, bu gün Əliyevin bəyanatlarına və proqnozlarına diqqət yetirməliyik, çünki müharibədən sonrakı ötən illər göstərdi ki, proseslər hələ də Paşinyanın fikrincə deyil, daha çox Azərbaycan liderinin nəzərdə tutduğu ssenari üzrə gedir”, - Akopyan bildirib.

Azərbaycan prezidentinin ritorikası isə başadüşüləndir, çünki o, qalib mövqeyindən danışır və uduzanlar adətən təminat istəyirlər. Bu baxımdan, qarantiyalar ortaya çıxsa belə, hansısa ölkə və ya beynəlxalq struktur tərəfindən verilə biləcəyi maraqlıdır.

"Onlar təminatlardan danışanda aydın deyil ki, bu təminatların mexanizmi necə olmalıdır. Tərəflər and içməlidir və ya hansısa sənədləri imzalamalıdır?!” - deyə o əlavə edib.

Buna baxmayaraq, siyasi strateq hesab edir ki, əlavə təminatlarla bağlı diskurs yoxdur, çünki Əliyevin son açıqlamalarına əsasən, proses başqa məcrada gedir.

Onda belə təəssürat yaranıb ki, Əliyevlə Paşinyan müxtəlif danışıqlar proseslərində iştirak edir, müxtəlif gündəmlər və müxtəlif sənədlər haqqında danışırlar.

Üstəlik, ekspert sülh müqaviləsinin imzalanmasını uzaq məsələ hesab edir.

“Hətta hansısa sənəd imzalansa belə, onun işləməsi ehtimalı azdır. Hesab edirəm ki, beynəlxalq zaminlər olsa belə, bu sənədin heç bir ciddi dəyəri olmayacaq və Ermənistan hakimiyyəti qəsdən və ya sadəcə olaraq səriştəsiz siyasət yeridir”, - politoloq vurğulayıb.

Politoloq bildirib ki, əgər tərəflər həqiqətən də yaxın gələcəkdə hansısa sənədi imzalamağa yaxınlaşsalar, bu, Azərbaycan ssenarisi üzrə imzalanmış olacaq və onun məqamları Əliyevin çıxışında açıqlanıb. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR