İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh danışıqlarının aparılması üçün şərait yaradın!” - Çindən Aİ-yə ÇAĞIRIŞ

369 25.05.2023 12:57 Son xəbər A A

“Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Almaniya XİN-in dövlət katibi Andreas Mixaelislə danışıqlar zamanı deyib.

Çin XİN-in məlumatına görə, o, həmçinin sülh danışıqlarının aparılması üçün şərait yaratmağa çağırıb.

Li Huey deyib ki, bütün tərəflər öz mövqelərindən başlamalı və qarşılıqlı etimadla sülh danışıqlarının bərpası üçün əlverişli şərait yaratmalıdırlar.

Mixaelis öz növbəsində, Almaniyanın Çinin fəal səylərini yüksək qiymətləndirdiyini və bir sıra əsas beynəlxalq və regional məsələlər üzrə dialoqu gücləndirməyə hazır olduğunu bildirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR