İnsanlara hürriyət, millətlərə istiqlal!

Sübhan Bəkirov ABŞ-a getdi

1508 18.09.2023 18:52 Son xəbər A A

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ABŞ-ın Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR