İnsanlara hürriyət, millətlərə istiqlal!

Sualtı nüvə silahı sınaqdan keçirildi - FOTO

732 19.01.2024 13:33 Dünya A A

Şimali Koreya “Heil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Heil-5-23” sualtı nüvə silahı Yaponiya dənizində sınaqdan keçirilib. Bəyan edilib ki, bu, ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavabdır.

Nazirliyin məlumatında eyni zamanda bildirilib: “Biz yeni ilin əvvəlindən ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun peyklərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir, fəlakətli nəticələr barədə ciddi xəbərdarlıq edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR