İnsanlara hürriyət, millətlərə istiqlal!

Stiven Siqalın oğlu da Rusiya vətəndaşı oldu

665 24.03.2023 16:34 Son xəbər A A

Amerikalı aktyor Stiven Siqal və onun oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində rəsmi məlumat əks olunub.

Məlumata əsasən, 33 yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığını alıb. “Beş element” şirkətinin nizamnamə sənədlərinə əsasən, uşaqlar üçün içməli su və sərinləşdirici içkilərin istehsalı üzrə ixtisaslaşıb. Onun hüquqi ünvanı kimi Moskvanın “Matrosskaya Tişina” küçəsindəki bina göstərilib.

ABŞ-ın döyüş filmlərindəki rolları ilə tanınan Stiven Siqal 2016-cı ildə Vladimir Putinin əlindən Rusiya vətəndaşlığını alıb. Kreml açıq şəkildə Rusiya prezidentini müdafiə edən və Krımın ilhaqını dəstəkləyən aktyorun uzun müddətdir ki, bununla bağlı müraciət etdiyini bildirib.

İki il sonra Stiven Siqal fərdi sahibkar kimi qeydiyyatdan keçib və Moskvada “Steven Seagal Group” şirkətini qurub. Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində onun konsert salonlarının, teatrların, opera teatrlarının, musiqi salonlarının fəaliyyəti, o cümlədən bilet kassalarının xidmətləri ilə məşğul olduğu göstərilib.

2020-ci ildə Stiven Siqalın Rusiya Federasiya Şurasının Tambov vilayətindən olan üzvü Aleksandr Babakovla birlikdə tikinti şirkətinin qeydiyyatını gizlətdiyi məlum olub. Elə həmin il aktyor Zaxar Prilepinin ultra-sağçı “Həqiqət naminə” partiyasının üzvlüyünə qəbul edilib. Bu partiya sonradan Kremlə yaxınlığı ilə bilinən “Ədalətli Rusiya” və “Rusiyanın vətənpərvərləri” partiyaları ilə birləşib.

Bu ilin fevralında Vladimir Putin Siqalı “Dostluq” ordeni ilə təltif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR