İnsanlara hürriyət, millətlərə istiqlal!

Stavropolda terror aktının qarşısı alınıb (VİDEO)

828 30.03.2024 11:00 Dünya A A

Rusiya Federasiyasının Stavropol diyarında Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşı bölgədə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bu fakt əsasında FTX-nin Stavropol diyarı üzrə istintaq idarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (“Terror aktı”) ilə cinayət işi açıb.

“Stavropol diyarında iş üzrə təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə aparılan istintaq-əməliyyat tədbirləri zamanı əldəqayırma partlayıcı qurğunun komponentləri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkar edilərək götürülüb”, - deyə idarədən əlavə ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR