İnsanlara hürriyət, millətlərə istiqlal!

Spikerdən Fransa Senatına sərt reaksiya: “İkiüzlülüyün bariz nümunəsi…”

450 18.01.2024 17:48 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşüb.

Musavat.com bildirir ki, spiker görüşdə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

Spiker, dünyada ikili standartların mövcud olduğunu deyərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər.

Onun sözlərinə görə, Fransanın son dövrlərdə ölkəmizə qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük.

Milli Məclisin sədri Fransa Senatının sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR