İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuqdan donan şagirdlər belə etiraz etdilər - AÇIQLAMA

914 01.12.2022 15:15 Gündəm A A

Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün çəkilən görüntüdə məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə istiliyin olmamasına etiraz ediblər.

Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir:

“Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırılacaq, məktəb istiliklə təmin olunacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR