İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqudan təhlükəli bəyanat: “Qarabağ İranla qonşudur...”

3820 22.09.2023 11:53 Siyasət A A

Rusiyanın müdafiə naziri iranlı həmkarları ilə görüşündə İranın qonşuları sırasında niyə Qarabağın adını çəkib?

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrandakı açıqlaması Qarabağda lokal antiterror tədbirləri fonunda diqqətdən kənarda qaldı. Rusiyanın müdafiə naziri iranlı həmkarları ilə görüşündə regional problemlər kontekstində birgə qərarların qəbul edilməsinin zəruriliyini bəyan edərkən, xüsusən İranın qonşuları olan Ermənistan və Qarabağın problemlərini qeyd edib.

Bu məqama “Ermənistanın səsi” xüsusi diqqət ayırıb, hətta sensasion bəyanat kimi izah edib. Bildirilir ki, Şoyqu Ermənistanı və “tanınmamış artsax respublikasını” İranın şimal qonşuları adlandırıb. “Ermənistanın səsi”nə danışan hərbi ekspert Ayk Harapetyan Şoyqunun bəyanatını şərh edərək “hesab edirəm ki, bu, Rusiyanın planları kontekstində çox ciddi mesajdır. İstisna etmirəm ki, "artsax"da baş verənləri nəzərə alaraq Rusiya Cənubi Osetiya ssenarisinə əməl edə bilər" deyib. Əlbəttə ki, hərbi ekspertin dedikləri cəfəngiyyatdır, çünki Rusiya Azərbaycanın ərazi bötüvlüyünü tanıyır, o cümlədən Qarabağı da. Amma Şoyqunun niyə bu ifadəni işlətdiyi həqiqətən də diqqət çəkir və müəyyən narahatlıq yaradır.

Ola bilər ki, Şoyqu Azərbaycanın müharibədə azad etdiyi İranla həmsərhəd bölgəni nəzərdə tutsun. Amma o istiqamətdə heç bir gərginlik yoxdur. İnandırıcı deyil ki, sülhməramlıların olduğu bölgənin xəritəsini Şoyqu bilməsin. O halda Şoyqunun hətta erməniləri ümidləndirən bu açıqlaması necə izah edilməlidir? Onu da demək lazımdır ki, Rusiya Müdafiə Nazirliyinin saytında tez-tez təxribat xarakterli informasiyalar yer alır: sülhməramlıların dislokasiya məntəqəsi nəzarətimizdə olan Laçın şəhəri göstərilir, toponimlər ermənicə yazılır, yəni şəhərlərimizi “Stepanakert”, “Martakert” və “Martuni” adlandırırlar. Son hadisələrdən sonra hər halda Rusiya MN-in saytı buna da düzəliş etməlidir. Ona görə də Şoyqunun İranın qonşuları deyərkən Ermənistanı və Qarabağı qeyd etməsi başadüşülən deyil. Çünki Qarabağın Azərbaycana aid olduğunu Kreml və onun rəhbəri təsdiqləyib, oradakı özünü ikinci “erməni dövləti” elan etmiş mifik “artsax respublikası” da bir sutkalıq antiterror tədbirləri ilə arxivə qovuşdu. O halda rus general nəyi nəzərdə tutur?

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

 Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycana aid məsələləri dövlət rəhbərliyi həll edir və Qarabağ bizə aid məsələdir. Təhlilçi vurğuladı ki, Sergey Şoyqunun bunu belə dilə gətirməsi yanlışdır və heç cür izah edilə bilməz. Ə.Əlibəyli bildirdi ki, Rusiya müdafiə nazirinin yanlış ifadəsi Azərbaycanın hədəflərinə mane ola bilməz: “Bunu antiterror tədbirləri də sübut etdi, Yevlax görüşü də nümayiş etdirdi. Ona görə də hər şey Azərbaycanın iradəsi çərçivəsində həllini tapır. Azərbaycanın ərazi bütövlüyü əsas götürülməklə proses davam etdirilir”. Ə.Əlibəyli söylədi ki, Rusiya təkcə Şoyqudan ibarət deyil və şimal qonşumuzda müxtəlif qurumlar, mərkəzlər var: “Biz Kreml səviyyəsində hansı mövqe ortaya qoydulduğuna şahid olduq. Azərbaycan ərazisi toxunulmazdır və "boz zona" ləğv edilir".

Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət təşkilatlara  sorğular göndəririk

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına diqqət yetirməyi daha vacib hesab etdi: “Fikrimcə, Peskov prezident köməkçisi olaraq Putinin antiterror tədbirlərinə baxışını təqdim etdi. O, aydın surətdə ifadə etdi ki, Azərbaycan qanuni əməliyyat aparır və öz ərazisində həyata keçirir. Mariya Zaxarova da daha əvvəl bəyan etdi ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, yəni orada qanunsuz silahlı qüvvələrin çıxarılması addımları legitimdir. Ardınca da rəsmi səviyyədə elan olundu ki, sülhməramlılara təhdid yoxdur və Azərbaycanla bu məsələlər koordinasiya edilir. Ona görə də müdafiə naziri Şoyqunun Tehranda ağzından çıxan söz ehtiyatsız çıxışdır və heç bir əsası yoxdur. Ola bilsin ki, ermənilər bunu şişirdib özləri üçün yaxşı tərəfdən təqdim etməyə çalışırlar. Lakin beynəlxalq hüquqla Qarabağın Azərbaycan olduğu çoxdan bəllidir, Paşinyan da təsdiqləyib və onlar indi "saman çöpündən" yapışıb nəyəsə ümid etməklə nəticə qazana bilməzlər. Hər şey bitib, indi ocağın külü ilə oynayırlar. Şoyqunun sözü də ermənilər üçün ümid işığı kimi görünə bilər, amma çox kiçik detaldır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR