İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu o xəbəri Putinə verdi

2654 18.02.2024 00:27 Dünya A A

Sergey Şoyqu prezident Putinə Avdeyevkanın Rusiya ordusunun tam nəzarətinə keçməsi barədə məruzə edib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki,  müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Avdeyevkanın general-polkovnik Andrey Mordviçevin komandanlığı altındakı Mərkəz  Qoşun Qrupu tərəfindən tam nəzarətə götürülməsi barədə  raport verib.  Müdafiə Nazirliyi Rusiya qoşunlarının 31,75 kvadratmetr ərazini nəzarətə götürdüyü iddia edilir.

Qeyd edək ki,  Avdeyevka Mərkəzi Donbasdadır. Pakrovski vilayətinə daxil şəhərdir.Rusiya  qoşunları  fevralın 17-də günortadan sonra Avdeyevka şəhər administrasiyasının binası üzərində dövlət bayrağını asıblar.  

Beləliklə, oktyabr ayından bəri  intensiv atəş altında olan Avdeyevka rəsmən Rusiyanın nəzarətinə keçib, Ukrayna ordusu isə qərbə doğru əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilib.

c60e2a0f61f0c36e8e030ec7ac85e699.jpg (72 KB)

Fevralın 16-sı gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi sosial şəbəkələrdə qoşunların Avdeyevkadan  tam çıxarıldığını açıqlayıb. Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb, hətta generalı “düşmənlə müqavilə bağlayıb şəhəri təslim eməkdə” də ittiham edirlər. 

Qondarma “Donetsk Xalq Respublikasının” ərazisi 26,52 min kvadratmetrdir. Luqansk vilayətinin sərhədləri daxilində elan edilən qondarma “Luqansk Xalq Respublikası”nın sahəsi 26,68 min kvadratmetrdir. Zaporojye vilayətinin sahəsi 27,18 min, Xerson vilayətinin sahəsi isə 28,46 min kvadratmetrdir. 

063afc965a1c848053a35cdaf8150c08.png (644 KB)

Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.

Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə ola biləcəyini gözləyirlər.

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR