İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu: "NATO Şərqi və Mərkəzi Avropaya öz qruplaşmalarını yerləşdirmək üçün..."

304 25.05.2023 15:56 Gündəm A A

NATO Şərqi və Mərkəzi Avropaya öz qruplaşmalarını yerləşdirmək üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir.

APA xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Şoyqunun sözlərinə görə, Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə məcbur edir, ölkəni silahla doldurur ki, bu da öz növbəsində hərbi münaqişənin dərinləşməsinə gətirib çıxarır və onu uzadır.

Nazir həmçinin Əfqanıstandakı vəziyyətə də toxunub. “ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir”, - rusiyalı nazir əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR