İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Zelenski yenə Baxmuta gəldi

802 22.03.2023 15:43 Son xəbər A A

Ukrayna lideri şiddətli döyüşlərin getdiyi bölgəyə getməkdən çəkinmədi

Ukrayna lideri Vladimir Zelenski Baxmut yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin ön sıralarına gəlib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, prezident Zelenski Baxmut bölgəsində döyüşən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə baş çəkib. Onun səfərinin fotoları Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

“Mən bu gün burada olmaq və qəhrəmanlarımızı mükafatlandırmaqdan şərəf duyuram. Mən buraya onların əlini sıxmağa və dövlətimizin suverenliyini qoruduqlarına görə təşəkkür etməyə gəlmişəm”, - deyə Zelenski yazıb.

Baxmut uğrunda döyüşlər altı aydan çoxdur davam edir. Rusiya tərəfdən “Vaqner ÖHŞ” muzdluları bu istiqamətdə döyüşlərdə fəal iştirak edirlər, lakin şəhər hələ də mühasirəyə alınmayıb, Ukrayna qüvvələri əsas xətti saxlayır.

Bazar ertəsi, martın 20-də “Vaqner”in sahibi Yevgeni Priqojin Rusiya qüvvələrinin şəhərin 70%-nə nəzarət etdiyini, lakin Ukrayna Silahlı Qüvvələrinin martın sonunda geniş ək-hücum planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyii “Vaqner” döyüşçülərinin Rusiya ordusunun əsas qüvvələri ilə əlaqəsinin kəsilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR