Bu gün İranın ali lideri Müctəba Xamenei İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə yaydığı müraciətdə ölkədə birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Xamenei müraciətində düşmənin əsas məqsədlərindən birinin İran cəmiyyətində təzyiq, parçalanma və səhv hesablamalar yaratmaq olduğunu bildirib.
O, son müharibədə düşmənin həm İran Silahlı Qüvvələri, həm də xalqı qarşısında uğursuzluğa düçar olduğunu iddia edib. "Onların əsas vasitəsi şübhə, ümidsizlik, qorxu və nifaq toxumu səpməkdir", – deyə Xamenei açıqlayıb.
Dövlət rəsmilərinə müraciət edən Xamenei bildirib ki, cəmiyyətdə ümidsizlik yaradan hər hansı addım ölkənin düşmənlərinin maraqlarına xidmət edir.
Musavat.com






