İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Tramp ELAN ETDİ - İran və İsrail...

674 09.06.2026 10:30 Dünya A A

ABŞ prezidenti Donald Tramp İsrail və İranın ən azı yaxın bir həftə ərzində qarşılıqlı zərbələri dayandıracağını bəyan edib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər artıq cavab addımları atıblar, lakin hazırda fasilə verməyə hazırdırlar.

Ağ Ev rəhbəri mövzu ilə bağlı çıxışında bu məqamları qeyd edib:

“Ona zərbə endirildi, o da cavab zərbəsi vurdu. Buna görə onu qınaya bilmərəm. Amma indi onlar bunu dayandırıblar. Beləliklə, növbəti bir həftə və ya ona yaxın müddətdə bir-birlərini rahat buraxacaqlar”.

Tramp həmçinin Vaşinqtonla Tehran arasında tez bir zamanda razılığın əldə olunacağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, nizamlanmaya dair saziş iki-üç gün ərzində imzalana bilər.

ABŞ lideri danışıqlar prosesinin artıq yekun mərhələdə olduğunu və tərəflər arasında demək olar ki, heç bir ciddi fikir ayrılığının qalmadığını vurğulayıb.

“Hər hansı bir maneənin olduğunu düşünmürəm. Biz çox güclü və təsirli bir sövdələşmənin bağlanmasına olduqca yaxınıq”, - deyə Tramp əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR