İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Separatçılar bu tarixdə çıxa bilər - Deputat Razi Nurullayevlə CANLI

904 12.08.2022 11:46 Gündəm A A

Bölgəmizdə maraqlı bir yarış gedir. Avropa İttifaqının Azərbaycan-Ermənistan arasındakı münasibətlərə dair hər addımı Rusiya tərəfindən qıcıqla qarşılanır və mütləq müvafiq cavab verilir.


Buna şərti olaraq Putin- Mişel yarışması da demək olar. Kreml iki ölkə arasında hazırda mövcud olan atəşkəsin və sülhün əsas hakimi rolunu heş cür Avropa İttifaqına güzəştə getmək istəmir.


Söhbət nədən gedir?

Bu suala cavab vermək üçün bir rəsmi xəbərə diqqət edək: ‘’Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqusutun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev məlumat verib.

Rəsmi İrəvan isə Türkiyə ilə normallaşma prosesinə qarşı sabotaj həyta keçirdir. Bu proses aylardır ki, davam edir. Məhz bu sabotajın ucbatından İrəvan- Ankara arasında gedən normallaşma danışıqları və sürəcin özü ləngiyir.

Əslində türkiyə ilə normallaşma Ermənistana hava-su kimi lazımdır. Bu baxımdan, onun hər vasitə ilə sabotaj olunması, ləngidilməsi anlaşılan deyil. Buna görə də ortaya suallar çıxır. Əcəba, bu prosesin ləngidilməsinin əsas səbəbi ona Kremlin tormozlayıcı müdaxiləsi ilə bağlı ola bilərmi?
İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışarkən “İran Qafqazda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək” deyib.

TVMusavat-ın saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində deputat Razi Nurullayevlə bölgədəki prosesləri müzakirə edirik. İzləyicilər də söhbətimizə qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR