İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rus zabitləri Putinə qarşı hərəkətə keçdilər

1782 14.06.2023 18:09 Son xəbər A A

Rus zabitləri hökumət əleyhinə “Respublika ordeni” adlı gizli təşkilat qurublar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar Putin rejiminə qarşı mübarizə apardıqlarını və hərbçilərin Ukraynada müharibəyə getməməsi üçün çalışdıqlarını bəyan ediblər.

Məlumata görə, “Respublika ordeni” müharibədən əvvəlki zabit klubundan formalaşıb. Əvvəllər bu klubda biznes məsələləri və siyasət müzakirə olunurmuş. Lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra klub üzvləri əllərində olan üsullarla baş verənlərə qarşı hərəkət etmək qərarına gəliblər. Məsələn, bu yaxınlarda onlar şturman, leytenant Dmitri Mişova ölkədən qaçmağa kömək ediblər - indi onu Litvada sığınacaq gözləyir.

Orden öz fəaliyyətini ironik şəkildə “sürgündəki kəşfiyyat” adlandırır. Təşkilat üzvlərinin söylədiklərinə görə, onlar ilk növbədə “diktaturaya”, “Rusiyada hakimiyyətin bütün rıçaqlarını ələ keçirmiş, 140 milyon insanı girov saxlayan mütəşəkkil cinayətkar qruplaşmaya” qarşı mübarizə aparırlar. Lakin orden öz soydaşları ilə savaşmadıqlarını bildirir. “Rusiyada vətəndaş müharibəsi olarsa, biz ilk atəş açan olmayacağıq” - deyə təşkilatın nümayəndəsi bildirib.

“Respublika ordeni” Ukrayna silahlı qüvvələri və ya Ukraynanın könüllü birləşmələri ilə əlaqəli olmadığını da bəyan edib. “Bizim nə “Azad Rusiya” legionu, nə Ukrayna silahlı qüvvələri, nə də başqası ilə əlaqəmiz var. Ukraynalılar istədikləri kimi yaşamaq hüquqları uğrunda mübarizə aparırlar, biz isə öz haqqımız üçün savaşırıq”, - deyə təşkilatın nümayəndəsi söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR