İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putinin SENSASİON etirafı başına bəla oldu - Avropa HƏRƏKƏTƏ KEÇİR

2482 03.07.2023 17:48 Son xəbər A A

Putinin “Vaqner”ə dəstəyi ilə bağlı etirafları Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsilə nəticələnə bilər.

Musavat.com xəbər verir ki, prezident bununla xaricdəki aktivlərinə də birbaşa təhlükə doğurub.

Xatırladaq ki, iyunun 27-də Vladimir Putin ilk dəfə Rusiya dövlətinin “Vaqner”i hər mənada tam təmin etdiyini söyləyib. Prezidentin sözlərinə görə, 2022-ci ilin mayından 2023-cü ilin may ayına qədər büdcədən “Vaqner”in saxlanması və həvəsləndirici ödənişlər üçün 86 milyard rubl (961 milyon ABŞ dolları), sığorta ödənişləri üçün daha 110 milyard rubl (1 milyard 230 milyon dollar) ayrılıb. Bazar günü “qara təbliğatçı” Dmitri Kiselyov “Vaqner” ÖHŞ-nin dövlət müqavilələri əsasında ümumilikdə 858 milyard rubldan çox (9 milyard 596 milyard ABŞ dolları) pul aldığını deyib.

“Vaqner” ÖHŞ terror təşkilatları siyahısına daxil olmaq riski daşıyır və belə çıxır ki, ona başqa yerdən sponsor axtarmaq lazım gəlməyəcək.

Avropa artıq “Vaqner”in terror təşkilatı kimi tanınmasını müzakirə edir. May ayında Fransa parlamenti “Vaqner”in Aİ-nin rəsmi terror təşkilatları siyahısına salınmasını tələb edən qətnamə qəbul edib. FTX-nin istefada olan polkovniki Gennadi Qudkovun sözlərinə görə, bu, bütün dünyada “veqnerçilər”i tutmağa və hətta məhv etməyə imkan verəcək.

Məlumatlara əsasən, artıq 11 ölkə və beynəlxalq təşkilat Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Onların arasında AŞPA, NATO Parlament Assambleyası, Avropa Parlamenti, Litva, Ukrayna, Latviya, Estoniya, Çexiya, Niderland, Polşa və Slovakiya kimi ölkələr var. Avropa Parlamenti bununla bağlı öz qətnaməsini hələ 2022-ci ilin noyabrında qəbul edib.

Avstriyalı politoloq Martin Malek qətnamənin hüquqi baxımdan məcburi xarakter daşımadığını qeyd etsə də, aktın AB-nin Rusiyanı terrorizmin himayədarları siyahısına salmaq üçün qanunvericilik bazası rolunu oynayacağını bildirib. “Nəzəri cəhətdən “Vaqner”in terror təşkilatı kimi tanınması Rusiyanın belə siyahıya salınması prosesini sürətləndirəcək”, - deyə ekspert vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR