İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin Qərbə MEYDAN OXUDU: “Gec-tez Rusiya ilə razılaşacaqsınız!”

5068 27.10.2022 19:55 Gündəm A A

Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun təşkil etdiyi toplantıda dünya gündəmi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bu barədə Musavat.com xarici mediaya istinadən xəbər verir.

Putin çıxışına bu sözlərlə başlayıb:

"Dünyada hər kəsə təsir edən qlobal böhran var. Biz Ukraynada müharibənin, Tayvanda qeyri-sabitliyin şahidi oluruq".

Rusiya lideri qərb ölkələri ilə bağlı açıqlaması ilə də diqqət çəkib:

"Qərb təhlükəli və qanlı oyun oynayır. Onların gözləri bağlıdır. Onlar dünyanın qalan hissəsinə və qlobal resurslara nəzarət etmək istəyirlər. Gec-tez bizimlə danışmalı olacaqlar.
ABŞ və onun müttəfiqləri gec-tez Rusiya ilə ümumi gələcəyimizlə bağlı danışıqlara başlamalıdırlar”.

Putinin sözlərinə görə, Qərb öz hökmranlığını qorumaq üçün ölkələrin və xalqların suverenliyini inkar edərək “qanlı və çirkin” siyasət yürüdür:

“Qərbin təməl ideologiyası olan liberalizm tanınmaz dərəcədə dəyişib, absurd nöqtəyə gəlib, alternativ baxışlar isə demokratiya üçün təhlükə elan edilir”.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR