İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! NED-in Azərbaycanla bağlı 1 100 000 dollarlıq gizli maliyyələşməsi üzə çıxdı

2795 13.06.2023 18:07 Son xəbər A A

ABŞ-ın Milli Demokratiya Fondu NED-in (National Endowment for Democracy) 1 100 000 dollar həcmində gizli maliyyələşməsi üzə çıxıb.

Musavat.com-un xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu fond 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1 100 000 ABŞ dollarından bir qədər artıq qrant ayırıb.

ABŞ Milli Demokratiya Fondunun ayırdığı qrantlar bu istiqamətlərin maliyyələşməsinə yönəlib: korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, gənc alimlərin demokratiya tədqiqatına cəlb edilməsi, Azərbaycanda hüquqlardan sui-istifadə və korrupsiyaya görə hesabatlılığın təşviqi, yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, insan hüquqlarının monitorinqi, yerli problemlərin həlli, vətəndaş iştirakının və icma iştirakının gücləndirilməsi və s.

Xülasədən görünür ki, əsas vəsaitlər yerlərdə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin fəallaşdırılması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırılması kimi sahələri əhatə edir. Bununla belə, bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn, dini təriqətlərin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirilən layihələrdəndir.

NED-in hərəkətə keçməsi, yenidən vətəndaş “aktivliyinə” yönəlmiş layihə verməsi Azərbaycanda gərginlik və qeyri-sabitliyə yönəlmiş təşəbbüs daşıyır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR